Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib. Bu haqda bu gün, 13 mart tarixində Bakuplus.az Manset.az-a istinadən xəbər verir.
Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqov xəstəxanada vəfat edib. Onun 76 yaşı var idi.
F.Sadıqov bir müddət öncə paytaxtdakı özəl klinikaya yerləşdirilmişdi. Onda ağciyər pnevmoniyası qeydə alınmışdı.