Bu gün Əməkdar artist Rəhman Rəhmanovun oğlu, müğənni Emil Rəhmanov vəfat edib. Bu haqda bu gün 19 sentyabr tarixində Bakuplus.az Bizim.Media-ya istinadən xəbər verir.
Emil Rəhmanov bir neçə saat bundan öncə M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində dünyasını dəyişib.
Aktyorun sözlərinə görə, oğlu damar tıxanması səbəbindən ölüb.
R. Rəhmanovun oğlu 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək həbs olunmuş və 6 il azadlıqdan məhrum edilmişdi. Mərhum 2014-cü ildə ailə həyatı qurmuşdu.