Bakı Dövlət Universitetində kadr itkisi baş verib. Bu haqda bu gün, 10 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Təhsil ocağının Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, dosent Kərəm Məmmədov vəfat edib. Onun ürəktutmadan öldüyü bildirilir.
Kərəm Məmmədov Gürcüstanın Dmanisi rayonunun Gəyliyən kəndində anadan olub. O, 18 ildir Bakı Dövlət Universitetinin Tarix fakültəsində çalışıb.