Ötən gün, aprelin 6-da 20 nömrəli məktəb-liseyin qidadan zəhərlənən 6 məktəblisi müayinə və müalicə prosedurundan sonra xəstəxanadan evə buraxılıb. Bu haqda bu gün, 7 aprel tarixində APA məlumat verib.
Onların quş əti tərkibli qida qəbul etdikləri bildirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məsələ ilə bağlı qeyd ediblər ki, qidalar məktəb bufetinin müvafiq şirkətlə razılaşması əsasında hazırlanır. İnsidentlə bağlı şirkətə və müvafiq qurumlara məlumat verilib.