Xəzər rayonunda gənc oğlanı maşın vurub. Bu haqda bu gün, 30 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə rayonun Mərdəkan qəsəbəsində baş verib. 22 yaşlı Xalid İbrahimli avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.