Paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində keçiriləcək növbəti “Tullantıları ekoçantaya dəyiş” aksiyasının vaxtı bəlli olub. Bu haqda bu gün, 16 iyun tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
“Tullantıları ekoçantaya dəyiş” layihəsi çərçivəsində keçirilən aksiyada şərtlər aşağıdakı kimidir:
- Şüşə butulka, banka və ya işlənmiş batareya qəbul olunur;
- Şüşə butulka, bankaların içərisində qida qalıqları olduğu halda qəbul olunmayacaq;
- 10 işlənmiş batareyaya görə 1 ekoçanta veriləcək;
- Ümumi tutumu 5 litr olan şüşə banka və butulkaya görə 1 ekoçanta veriləcək.
Tədbir 18 iyun saat 12:00-da Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən "Rahat Market Mərdəkan Gourmet"in qarşısında keçiriləcək.