AMEA Mərkəzi Elmi Kitabxanası oxuculara yeniliklər təqdim edəcək. Bu haqda 13 oktyabr tarixində Trend xəbər verib.
15 oktyabr tarixindən kitabxanada bu şəxslər kitab və kitabxana fondlarına məxsus sənədlərdən ödənişsiz istifadə edəcəklər:
- AMEA-nın əməkdaşları
- magistrantları
- dissertantları və doktorantları
- Qarabağ və Vətən müharibəsi qaziləri
- şəhid ailələri və veteranların ailələri
- yaşı 75-dən yuxarı olan şəxslər
Həmçinin kitabxana aksiya keçirəcək. Oktyabrın 15-i kitabxananın açılışına ilk gələn oxucuya 1 illik oxucu kartı hədiyyə olunacaq.