“SeaBreezə”də Müslüm Maqomayevin şərəfinə ulduz quraşdırılacaq. Bu haqda bu gün, 17 avqust tarixində Bakuplus.az “Sea Breeze Resort”a istinadən xəbər verir.
Məşhur simaların adlarının yazıldığı ulduz xiyabanında əfsanəvi müğənni, SSRİ Xalq artistinin adı da yer alacaq. ”Walk of Fame” tədbiri müğənninin həyat yoldaşının iştirakı ilə 21 avqust tarixində baş tutacaq.
Daha öncə sözügedən xiyabanda Engelbert Hamperdink və Nani Breqvadzenin adları ilə ulduzlar quraşdırılıb.