Bakının mərkəzində fəaliyyət göstərən “Biblioteka” restoranının fəaliyyəti dayandırılıb. Buna səbəb sosial şəbəkələrdə siçovulun müəssisənin mətbəxində gəzdiyini əks etdirən görüntülər olub. Bu haqda bu gün, 9 iyul tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən məlumat verir.
Restoranda keçirilmiş plandankənar yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb. Obyektin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, texniki-normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub.
Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, müəssisə rəhbəri Nəcməddin Şabanov barəsində protokol tərtib edilib. Faktla bağlı araşdırmalar davam edir.