Bir sıra avtobusların hərəkət sxemi dəyişdirilib. Bu haqda bu gün, 17 iyul tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Mətbuat prospektində aparılan təmir işləri ilə əlaqədar 29, 39, 96 və 206 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Nazim Hikmət küçəsi, Abbas Mirzə Şərifzadə küçəsi, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti, Mikayıl Müşfiq küçəsi ilə təşkil edilib.
Sərnişinlərdən bunu nəzərə almaları xahiş olunur.