Bakının bir sıra küçələrində təmir işləri aparılacaq. Bu haqda bu gün, 16 iyul tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Təmir işləri Mətbuat prospektində, Ə.Haqverdiyev küçəsindən A.Sultanova küçəsi istiqamətində mərhələli şəkildə həyata keçiriləcək. Mərhələlər aşağıdakı kimidir:
- 1-ci mərhələ – A.Sultanova küçəsindən M.Rəhim küçəsinədək;
- 2-ci mərhələ – M.Rəhim küçəsindən B.Vahabzadə küçəsinədək;
- 3-cü mərhələ – B.Vahabzadə küçəsindən Ə.Haqverdiyev küçəsinədək.
Aparılan işlərlə əlaqədar 17 iyul saat 00:00-dan etibarən işlər bitənə qədər sadalanan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılaraq əks-istiqamətə yönləndiriləcək. Yol tam bağlanmayacaq.
Sürücülərdən nəzərə almaları xahiş olunur.