Ermənistan silahlı qüvvələri artilleriya qurğularından mövqelərimizi atəşə tutur. Bu haqda bu gün, 19 sentyabr tarixində Bakuplus.az Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinə istinadən məlumat verir.
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutur.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.