Bu gün, 19 sentyabr saat 02:40 radələrində mövqelərimiz yenə atəşə tutulub. Bu haqda bu gün, 19 sentyabr tarixində Bakuplus.az Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinə istinadən məlumat verir.
Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.