Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, mayın 16-da evlərin birindən 8200 ABŞ dolları pul və 15.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində Bakı şəhər sakini, ev sahibinin bacısı oğlu Azər Vəliyev saxlanılıb.
Hazırda araşdırmalar aparılır.