Bakının əsas yollarında sürət həddi bərpa olunub. Bu haqda bu gün, 7 may tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq, Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saata endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi açıqlama verib.