Məşhur meyxanaçının məhkəməsi başlayır. Bu haqda bu gün, 17 oktyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
“Mahir Ay Brat” kimi tanınan Mahir Qonşuyev barəsində araşdırmalar yekunlaşıb. Sənədlər baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Onun cinayət işinə hakim Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər heyəti baxacaq.
Meyxanaçı külli miqdarda qanunsuz narkotik saxlamaqda ittiham olunur. Saxlanılarkən onun üzərində metamfetamin aşkar edilib. Həmçinin onun sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında cinayətkarlığı təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən edilib.