Bu gün, 12 iyul tarixində “Sea Breeze Resort”da türk ulduz Mahmut Orhanın konserti baş tutacaq. Konsertə satılan biletlərlə bağlı İticket.az məlumat yayıb.
Bildirilir ki, konsert iştirakçıları üçün nəzərdə tutulmuş qolbaqlar yalnız bilet yoxlanışından sonra yerindəcə paylanacaq. Kənar mənbələrdən əldə edilən saxta qolbaqlar və biletlər tədbir zamanı keçərsiz sayılacaq.
Rəsmi bilet satışı hüququ yalnız iticket.az saytı və satış məntəqələrinə məxsusdur.