top
“Malakan bağı”nın yanındakı mağazanı kanalizasiya suyu basıb - VİDEO
27 noyabr 2024, 04:53
- ↺ +

“Malakan bağı”nın yanındakı mağazanı kanalizasiya suyu basıb - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı şəhər Səbail rayonu Xaqani küçəsi 1/5 ünvanında yerləşən mağazalardan birinin icarədarı Nurlan Nurəliyev işlətdiyi obyektə kanalizasiya sularının və üfunətin dolmasından şikayətçidir.

Qafqazinfo.az-a müraciət edən sahibkar bildirib ki, bir aydan artıqdır kanalizasiya xəttinin yararsız hala düşməsi səbəbindən mağazanı bağlamaq məcburiyyətində qalıb.

O, “Malakan bağı”nda aparılan təmir-tikinti işləri zamanı podratçı şirkətin səbəbsiz yerə kanalizasiya xətlərinin birləşdiyi quyuları ləğv etdiyini, nəticədə özünün və ətrafda yerləşən bir sıra obyektlərin zərər çəkdiyini iddia edib: “Bir aydan artıqdır kanalizasiya xəttinin bağlanması səbəbindən mağazamız fəaliyyətini dayandırıb. Bu vəziyyətdən ətrafdakı obyektlər və parkdan istifadə edən insanlar da əziyyət çəkir. Parkın özünü də kanalizasiya xətlərinin düzgün qoşulmaması səbəbindən üfunət  bürüyüb. Üfunətdən sakinlər, turistlər rahat istirahət edə bilmirlər”.

N.Nurəliyev əlavə edib ki, məsələ ilə bağlı müvafiq dövlət qurumlarına müraciət ediblər: “Biz yaranmış vəziyyətə görə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Lakin cavab vermirlər, qurumlar hərəkətsizlik nümayiş etdirirlər. Onlar özləri də təsdiq edir ki, bağda təmir zamanı bir neçə kanalizasiya quyusu bağlanıb. Bu da zahirən möhtəşəm görüntüsü olan “Malakan bağı”nda üfunət qoxusunun yayılmasına, ətrafdakı obyektlərə kanalizasiya suyunun dolmasına gətirib çıxarır. Əvvəllər belə problemlər olanda həmin lüklardan istifadə etməklə problemi aradan qaldırırdılar. İndi isə “Azərsu” əməkdaşları gələn kanalizasiya suyunun mənbəyini tapa bilmirlər. Deyirlər ki, obyektin qarşısı qazılmalıdır ki, suyun mənbəyini tapsınlar. Bakı Şəhər İcra Hakimiyyəti isə buna razılıq vermir. Biz də çarəsiz vəziyyətdə qalmışıq”.

İş adamı əlavə edib ki, mövcud vəziyyət ona xeyli miqdarda maddi ziyanın dəyməsinə gətirib çıxarıb: “Obyekt işləmir, işçilər maddi cəhətdən zərər çəkir, həmçinin kanalizasiya qoxusu satışda olan geyim əşyalarına və digər inventara hopur. Bağda təmir aparılarkən bizim obyektin qarşısında hazırda suyun axdığı yeri təcili sökdülər, halbuki orada izolyasiya var idi. Əvəzinə səliqəsiz şəkildə palçıq vurdular, o da mənbəyi məlum olmayan kanalizasiya sularının qarşısını kəsə bilmir”.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, ərazidəki problemdən xəbərdardırlar: “Səbail rayonu Xaqani küçəsi 1/5, Malakan bağının yanına Səbail rayonu Sukanal İdarəsi tərəfindən baxış keçirilib. Parkın təmiri zamanı podratçı şirkət tərəfindən aparılan təmir-tikinti işləri zamanı səbəbsiz yerə kanalizasiya xətlərinin birləşdiyi quyuları ləğv etdiyindən, xətlərin üstünü bağladığından sınmalar əmələ gəlib. Ərazidə qazıntı işləri aparılmalıdır ki, xətlər bərpa olunsun. Buna görə Bakı Şəhər İcra Hakimiyyətindən icazə alınmalıdır. Müraciət ediblər, cavab gələndən sonra tərəfimizdən lazım olan tədbirlər görüləcək”.

Son xəbərlər

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Oxşar xəbərlər