Tanınmış müğənni Manaf Ağayev barəsində 15 sutkalıq həbs qərarı verilib. Bu haqda BakuPlus.az bu gün, 18 fevral tarixində xəbər verir.
Ötən gün sosial şəbəkələrdə müğənni M.Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılmasından sonra o polis idarəsinə dəvət olunub.
Araşdırmalar nəticəsində onun işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olması məlum olub. Saxlanıldıqdan sonra Yasamal rayon məhkəməsi onun barəsində həbs qərarı verib.