top
Maqsud İbrahimbəyovun doğum günüdür
11 may 2026, 16:40
- ↺ +

Maqsud İbrahimbəyovun doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

11 may görkəmli yazıçı, kinodramaturq, rejissor Maqsud İbrahimbəyovun doğum günüdür. 

O, 1935-ci ildə Bakıda anadan olub. 

Maqsud İbrahimbəyov nasir, dramaturq, kinossenarist və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə tanınıb. Ötən əsrin 60-cı illərində ədəbiyyata qədəm qoyan nəslin nümayəndəsi kimi o, müasirlərinin rəngarəng, dolğun obrazlarını yaradaraq öz dəst-xətti ilə geniş oxucu rəğbəti qazanıb. Yazıçının əsərləri kütləvi tirajla çap edilib, bir çox dünya dillərinə tərcümə olunub, pyesləri tamaşaya qoyulub.

Yazıçının əsərləri geniş yayılan "Novıy mir", "Yunost" və digər jurnallarda kütləvi tirajla çap edilərək ədəbiyyatşünaslar və tənqidçilər tərəfindən yüksək qiymətləndirilib. Onun pyesləri Moskvanın "Malıy teatr"ı kimi mötəbər səhnələrində və ittifaq üzrə onlarca teatrda tamaşaya qoyulub.

Maqsud İbrahimbəyov "Bütün yaxşılıqlara görə ölüm", "Truskaveçə kim gedəcək" , "Ondan yaxşı qardaş yox idi", "Qoy, o bizimlə qalsın", "Bayquş gəldi", "Kərgədan buynuzu" və s. romanların müəllifidir. "Bayquş gəlmişdi" və "Bütün yaxşılıqlar üçün — ölüm!" əsərlərinə görə ona 1976-cı ildə Azərbaycan SSR Dövlət mükafatı verilib.
O, həmçinin hamının sevdiyi "Bizim Cəbiş müəllim", "Uşaqlığın son gecəsi", "Ən vacib müsahibə" və s. filmlərin ssenari müəllifidir.

Maqsud İbrahimbəyov bədii yaradıcılıqla yanaşı, uğurlu ictimai fəaliyyət göstərib, bir neçə çağırış Azərbaycan Milli Məclisinin deputatı seçilib.

Yazıçının xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, "Xalq yazıçısı" fəxri adına (1998), "Şöhrət" (1995), "İstiqlal" (2005) və "Şərəf" (2015) ordenlərinə layiq görülüb.
Maqsud İbrahimbəyov 2016-cı il martın 22-də Bakı şəhərində vəfat edib və Birinci Fəxri xiyabanda dəfn edilib.

Qeyd edək ki, 2025-ci il fevralın 13-də Prezident İlham Əliyev tərəfindən Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalanıb. Sərəncama əsasən ölkəmizdə silsilə tədbirlər keçirilib.

Son xəbərlər

Xəbər
Bu gün, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Bu gün, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Bu gün, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Bu gün, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Bu gün, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Bu gün, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Bu gün, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Bu gün, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Bu gün, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Bu gün, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Bu gün, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Bu gün, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
Dünən, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
Dünən, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
Dünən, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
Dünən, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
Dünən, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
Dünən, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Siyasət
Dünən, 12:20

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Xəbər
Dünən, 11:12

Azərbaycanlıların xaricə səfərləri azalıb

Xəbər
Dünən, 10:31

BİR MİLYON manatı "Topaz"da UDUZDU, məhkəməlik oldu

Xəbər
Dünən, 09:24

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 08:54

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Aktual Xəbərlər
21 oktyabr 2026, 17:41

553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Oxşar xəbərlər