Hal-hazırda "Facebook", "Instagram" və "WhatsApp" tətbiqlərinin işində dünyanın bir sıra ölkələrində problem yaranıb.
Bu barədə məşhur internet-resursların işini izləyən “Downdetector” xidmətinin saytı bildirib.
“İstifadəçilərimizin tətbiqlərimizə daxil olmaqla problem yaşadıqlarının fərqindəyik. Problemi ən qısa zamanda həll etmək üçün çalışırıq və yaranmış narahatlığa görə üzr istəyirik”, - sosial şəbəkələr açıqlama yayıb.
“Facebook”un qurucusu baş verən problemlərlə əlaqədar “Forbes”un milyarderlər siyahısında altıcı pilləyə enib.
Bəzi məlumatlara görə 1,5 miliyard Facebook istifadəçisinin hesab məlumatları oğurlanıb.
Problemin səbəbi hələ ki məlum deyil.