Sabah paytaxtda gözlənilən hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Martın 19-da Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq.