top
Məşhur klinika müğənni Xatunu şikəst etdi: Ölə bilərdim    
02 may 2025, 05:33
- ↺ +

Məşhur klinika müğənni Xatunu şikəst etdi: "Ölə bilərdim"   

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda estetik cərrahiyyə sahəsində yaşanan qalmaqallar gündəmdən düşmür. Demək olar ki, hər gün qeyri-peşəkar müdaxilələrin qurbanı olan qadınlar barədə xəbərlər yayılır. Prosedurların düzgün aparılmaması, uyğun preparatlardan istifadə edilməməsi, habelə kosmetoloq və cərrahların səriştəsizliyi nəticəsində bədəndə çürümə, irinləmə halları yaranır və bu, insan faciələri ilə nəticələnir.

Estetik sahədə adı tez-tez qalmaqallarda hallanan klinikalardan biri də "Laser Beauty Klinikası"dır. Bu klinikada çalışan Natavan Əmirova və Rəna Soltanovanın fəaliyyəti barədə daha öncə də dəfələrlə araşdırma materialları dərc olunub. Bu dəfə isə klinikanın "Neapol" filialının sabiq baş həkimi Natavan Əmirova ilə bağlı yeni faktlar ortaya çıxıb.

Məlumata görə, Natavan Əmirovanın qurbanlarından biri də məşhur müğənni Xatun Əliyeva olub. Bu klinikaya üz tutan sənətçi Natavan Əmirovanın vurduğu ziyanı aradan qaldırmaq üçün uzun müddət olduqca ağır əməliyyatlardan keçməli olub və səhhətini qaydasına salmaq üçün külli miqdarda pul xərcləyib.

Xatun Əliyeva Qaynarinfo.az-a verdiyi açıqlamada baş verənləri təsdiqləyib və başına gələnlərlə bağlı bunları deyib:

"Laser Beauty Klinikası"nın Altes plaza filialında buxaq liposaksiyası etdirmişdim. Proseduru Natavan Əmirova həyata keçirdi. Kabinetdə, küçədən gəldiyim geyimdə bu proseduru etdilər. Sonra üstünü bağladılar, dedilər açmaq olmaz. Amma əslində açılmalı imiş. Buna görə də prosedurun edildiyi yerdə böyük bir yara əmələ gəldi, nekroz yarandı. Karantin dövrü idi, özüm də koronavirusa yoluxmuşdum. Heç bir kömək etmədilər. Sadəcə vəziyyəti deyirdim, dərmanlar yazırdı, vəssalam. Onu da tanınmış şəxs olduğum üçün cavab verirdilər. Düşünürəm ki, tanınmış şəxs olmasaydım, bunu da etməzdilər. Yaranı çox çətinliklə sağaltdım. Sonra klinikaya getdim, buxaqda deformasiya yaranmışdı, uğurlu alınmamışdı. Yenidən məni klinikaya çağırıb, yaranı aparatlar vasitəsi ilə yandırdılar. Bundan sonra orda keloid əmələ gəldi, çox bərbad görünürdü. Buna görə mən uzun müddət boğazımı bağlayıb gəzdim, hər dəfə paltarlardan kəsib boğazım üçün nəsə düzəldirdilər.

Daha sonra yenidən müraciət etdim ki, bu niyə belə vəziyyətdədir, siz eləmisiz, indi də düzəldin. Məni başından eləmək üçün göndərdi Orxan Abbaslının yanına. Dedi dostumdur, həll edəcək. Getdim onun yanına, yenidən əməliyyata girdim, həmin stressi yaşadım. Kəsib çıxartdılar, amma yenə nəsə qaldı. Soruşuram bu nədir, deyir bir həftə də gözləyək. Mən hər həftə əməliyyata girməliyəm, hər həftə stress yaşamalıyam? Depressiyaya düşmüşdüm, canımla əlləşirdim. Bütün prosedurlar külli miqdarda pul aparırdı. Orxan Abbaslının əməliyyatından sonra bir dənə də keloid əmələ gəldi. Çünki yenə düzgün əməliyyat olunmadı. Buna görə yenə böyük məbləğdə pul xərcləyib, başqa həkimə kökündən əməliyyat etdirdim".

Müğənni bildirib ki, Natavan Əmirovanın səbəb olduğu fəsadları aradan qaldırmaq üçün ümumilikdə 30 min manatdan çox vəsait xərcləməli olub:

"Bu prosedurlar zamanı ölə bilərdim. Həyatım təhlükədə idi. Problemləri aradan qaldırmaq üçün bir neçə kosmetoloqa müraciət etdim. Təkcə problemi tam həll edən sonuncu həkimə 10 min manat ödədim".

Xatun Əliyeva Natavan Əmirova ilə televiziya verilişlərindən birində təsadüfən qarşılaşdığını da bildirib:

"Sponsor olduğu verilişlərdən birinə dəvət olunmuşdum. Onun sponsor olduğunu bilmirdim, yoxsa getməzdim. Orada "ya mən qalacam, ya sən" dedim. Qorxudan verilişi tərk etdi. Daha sonra məni yenidən verilişə dəvət etsələr də, dedilər başqa vaxta qalsın. Sonradan məlum oldu ki, Natavan Əmirova mənim verilişə gəlməməyimi istəyib."

Qeyd edək ki, Xatun Əliyevanın əməliyyat olunduğu klinikanın Altes plaza filialının bu cür əməliyyatlar aparmaq üçün müvafiq lisenziyası olmayıb. Bunu rəsmi qurumların verdiyi açıqlamalar da sübut edir.

2023-cü ildə yayılan başqa bir məlumata görə, Xalq artistlərindən birinin gəlini də klinikanda estetik əməliyyat olunduqdan sonra vəziyyəti pisləşib və koma vəziyyətinə düşüb. Pasiyent evə buraxıldıqdan bir neçə saat sonra səhhəti qəfil pisləşib və təcili Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. Orada 10 gün komada qalıb.

Daha sonra məlum olub ki, həmin filialın estetik əməliyyatların aparılması üçün lisenziyası olmayıb. Bu məlumatı da Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi təsdiqləyib.

Qurbanlarının dediklərinə görə, Natavan Əmirova pasiyentlərin şikayətlərinə cavab verməyib, əksinə, məsuliyyətdən yayınmağa çalışıb. Onun sponsor olduğu verilişlər vasitəsilə ictimai imicini qorumağa çalışdığı, lakin bu cəhdlərin uğursuz olduğu bildirilir.

Son xəbərlər

Xəbər
Bu gün, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Bu gün, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Bu gün, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
Dünən, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
Dünən, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
Dünən, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
Dünən, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
Dünən, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
Dünən, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
Dünən, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
Dünən, 09:06

Bu gün hava necə olacaq?

Xəbər
30 oktyabr 2026, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
30 oktyabr 2026, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
30 oktyabr 2026, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
30 oktyabr 2026, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
30 oktyabr 2026, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Xəbər
30 oktyabr 2026, 16:28

Bakıda noyabr ayında hava necə olacaq? – PROQNOZ

Aktual Xəbərlər
30 oktyabr 2026, 15:46

"İnci" uşaq bağçasında azyaşlı uşağın döyüldüyü iddia olunur

Siyasət
30 oktyabr 2026, 14:27

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib

Xəbər
30 oktyabr 2026, 14:26

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

Xəbər
30 oktyabr 2026, 12:37

Öləcəyi günü əvvəlcədən bildi, efirlərə çıxışı qadağan olundu, oxuduğu mahnılara görə həbs edildi...

Xəbər
30 oktyabr 2026, 12:09

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib - FOTO

Xəbər
30 oktyabr 2026, 11:46

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Xəbər
30 oktyabr 2026, 10:18

"20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

Oxşar xəbərlər