"Ən bədbəxt bürcün nümyəndəsiyəm. Balıq bürcündən. Gecə yatanda da fikirləşirəm ki, qonşu şəhərdəki qohumlarımın problemini necə həll edim? Kimsə yanımda dərdini danışsın, kömək istəməsə də, fikirləşirəm necə yardım edim?".
Axsam.az xəbər verir ki, bsözləri əməkdar artist Lalə Məmmədova "Günə bax" verilişində deyib. Bürcündən danışan müğənni xasiyyətini bu sözlərlə izah edib: "Zəhləm gedən adam olanda üzümdə yazılır ki, zəhləm gedir. Balıqların öz aləmi var, ayaqları yerə dəymir".
L.Məmmədova daha sonra müğənni Elnur Məmmədovdan küsdüyünü etiraf edib. O bildirib ki, Elnur onu övladının ad gününə çağırmayıb: "Məcisdə mən yox idim. Elnur, utanmırsan, üzümə necə baxırsan?”