Milli Hidrometeorologiya Xidməti sabah, mayın 31-nə gözlənilən hava proqnozunu açıqlayıb. Verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Cənub küləyinin əsəcəyi gözlənilir.
Paytaxtda havanın temperaturunun gecə 19-21 dərəcə isti, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50% təşkil edəcək.