Binəqədidəki partlayışda həlak olanlardan 3-nün kimliyi bəlli olub. Bu haqda bu gün, 17 yanvar tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Hadisə nəticəsində həyatlarını itirənlər arasında Quba sakini Aydın Atakişiyev, Saatlı rayon sakini Elvin Məmmədov və Cəlilabad rayonundan olan Fərid Qubadov olublar.
Bu günə olan məlumata əsasən, Binəqədi rayonunda yerləşən mebel sexindəki partlayış nəticəsində 9 nəfər həlak olub. Hazırda axtarışlar davam edir.