Binəqədi şosesi ilə Mehdiabad yolunun kəsişməsində hərəkətin idarə edilməsində dəyişiklik olunub. Bu haqda bu gün, 15 fevral tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən məlumat verir.
Axşam saatlarında yaranan avtomobil sıxlığını azaltmaq üçün Mehdiabad yolundan hərəkət edən nəqliyyat vasitələri üçün işıqforun yaşıl işığının vaxtı 7 saniyə artırılıb.
Görünən dəyişikliklərdən sonra həmin yollarda axşam saatlarında kəsişmə istiqamətinə hərəkət edən nəqliyyat axınının sıxlığı aradan qaldırılıb.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2024/02/size-22-1.mp4"][/video]