Abşeron rayonu Mehdiabad qəsəbəsi, şəhid Sabir Muradov küçəsinin sakinləri yolun bərbad vəziyyətindən şikayətçidirlər.
Bu barədə Bakuplus.az-a məlumat verən sakinlər bildiriblər ki, problem yaradan əsas səbəb kanalizasiya xəttinin yoxluğudur.
Qəsəbə sakinləri deyiblər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər, ancaq heç bir müsbət nəticə yoxdur. Onların fikrincə, mövcud durum piyadalar, xüsusilə kiçik yaşlılar üçün təhlükə yaradır.