top
Memarlıq və abadlıq arasında ziddiyyət: Bakıda fasad rəngləmələri səkiləri MƏHV EDİR
28 sentyabr 2024, 06:00
- ↺ +

Memarlıq və abadlıq arasında ziddiyyət: Bakıda fasad rəngləmələri səkiləri MƏHV EDİR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı sakinlərini narahat edən məsələlərdən biri də paytaxtın küçə və prospektlərində aparılan fasad rəngləmə işləri nəticəsində səkilərin ciddi zədə görməsidir.

Oxu.Az xəbər verir ki, bununla bağlı Bakı Abadlıq Xidmətinin baş memarı Elçin Əliyev sosial hesabında paylaşım edib.

O qeyd edib ki, son illər şəhərin görkəmini daha da gözəlləşdirmək məqsədilə çoxsaylı binaların fasadları müxtəlif rəng çalarlarında boyanır. Lakin bu zaman ağır texnikanın səkilər üzərindən hərəkəti qranit üzlüklərin sınmasına və yararsız hala düşməsinə səbəb olur.


Məsələ ilə bağlı baş memar Elçin Əliyevlə əlaqə saxladıq.

Memar Oxu.Az-a açıqlamasında bildirdi ki, bu məsələ ilə bağlı dəfələrlə öz mövqeyini bildirib.

"Belə iş görmək olmaz. Mən bütün dünyanı gəzmişəm, heç yerdə belə fakt görməmişəm ki, o boyda çoxtonnajlı maşınlar "iş görürük" deyə çıxsınlar səkinin üstünə və onu zədələsinlər. Bu, nəzarətsizlik və iş görən şirkətlərin səriştəsizliyidir. Onlar bir binanın fasadını rəngləmək üçün dövlətə nə qədər zərər vururlar. Bu bahalı qranitləri dəyişmək üçün yenidən nə qədər pul xərclənməli olacaq.

Məsələ burasındadır ki, həmin iş görən şirkətlərə hökumət tərəfindən bütün imkanlar yaradılır və tapşırılır ki, işləri keyfiyyətli görsünlər, ətrafa zərər vurmasınlar. Onlara lazımi imkanlar yaradılıb, lazım olduğu qədər vəsait də ayrılıb - yəni saxlama maşını səkinin üstündə, saxla bir az kənarda, ya alpinistlərlə görün bu işi və s. Bu işləri görməyin neçə yolu var. Onlar isə vəsaiti götürürlər, sonda ən ucuz, ən keyfiyyətsiz şəkildə iş görürlər", - deyə memar vurğulayıb.

Məsələ ilə bağlı layihəni həyata keçirən Bakı Abadlıq Xidmətinə sorğu ünvanladıq.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, çoxmərtəbəli binalarda işləmək üçün əraziyə çoxtonnajlı texnikanın cəlb olunması zəruridir.

"Bütün binalarda alpinistlə işləmək mümkün olmur, çünki binanın arxitekturası buna imkan vermir. Hər hansı binada iki-üç saatlıq yüngülvari kosmetik işlər görmək üçün taxtabəndlər qurmağa da ehtiyac olmur. Bu, əlavə vaxt itkisinə səbəb olur. Belə hallarda bərpaçılar çoxtonnajlı texnika vasitəsilə yuxarı mərtəbələrə qalxıb işləmək məcburiyyətində qalırlar. Bəli, ağır texnika əraziyə gətiriləndə yerə düzülmüş nazik tamet, metlax qatı, təbii ki, sıradan çıxır, amma binalardakı iş başa çatınca həmin qırılan metlaxlar da yenisi ilə əvəzlənir. Heç bir küçədə və ya səkidə iş yarımçıq görülmür. Ağır texnikanın əzdiyi səkilər mütləq təmir edilib əvvəlki vəziyyətinə gətirilir", - deyə açıqlamada bildirilir.

Son xəbərlər

Xəbər
Bu gün, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Bu gün, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Oxşar xəbərlər