top
Met-Ak məşhur şirkətin rəhbərinin həbsini tələb edir
12 dekabr 2024, 03:12
- +

"Met-Ak" məşhur şirkətin rəhbərinin həbsini tələb edir

Bakıda 4 milyon manatdan çox vergi borcu olan "5A Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) baş direktorunun həbsi tələb edilib. 

Qaynarinfo.az-ın əldə etdiyi məlumata görə, 1978-ci ildə Bakı şəhərində anadan olan şirkətin qanuni təmsilçisi və baş direktoru Məmmədov Elşən Qərib oğlu barəsində "Met-Ak" MMC məhkəmə iddiası qaldırıb.

Şirkət direktoruna İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi irəli sürülüb. Həmin maddəyə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər 1200 manatdan 2500 manatadək, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir.

İşə Bakı Kommersiya Məhkəməsində baxılıb. Məlum olub ki, "5A Construction" MMC-nin baş direktoru Elşən Məmmədovun "Met-Ak" MMC-yə 159.191,65 manat məbləğində borcu var.

Məhkəmə Elşən Məmmədovun həmin borcunun "Met-Ak" MMC-yə ödənilməsi barədə qərar verib. Həmçinin şirkət rəhbəri İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1200 manat məbləğində cərimə edilib və ona son xəbərdalıq olunub.

Qeyd edək ki, "5A Construction" MMC (VÖEN: 1505073321) 10.06.2020 tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Məmmədov Elşən Qərib oğludur. Hüquqi ünvanı Az169, Bakı Şəhəri Nərimanov Rayonu, Cıdır döngəsi 1-ci, ev 7-də yerləşir. Şirkətin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 4 milyon 369 min 350 manat 18 qəpik vergi borcu var.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Baş prokuror Xətai rayonunda qəbul keçirəcək

Xəbər
Bu gün, 17:20

Bakıda 63 yaşlı qadın ana oldu

Xəbər
Bu gün, 16:20

İyunun son günü hava necə olacaq?

Xəbər
Bu gün, 15:50

Bakıda qadın ütü ilə döyüldü

Xəbər
Bu gün, 15:20

DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb

Xəbər
Bu gün, 15:07

Rövşən Nəcəfin qohumu olduğunu deyib SOCAR-a aid torpağı satmaq istədi

Xəbər
Bu gün, 14:20

Kişi və qadını oğurlayıblar, qərardan narazıdırlar

Xəbər
Bu gün, 13:25

Bakıda ağaclar tırtıllara görə dərmanlanır

Xəbər
Bu gün, 11:54

Ordumuzda neçə qadın xidmət edir?

Xəbər
Bu gün, 11:50

Bakılı iş adamı bu il 800 milyon dollar qazanıb

Xəbər
Bu gün, 11:27

Bakıda bağlı qapı arxasında qalan şəxslər xilas edildi

Xəbər
Bu gün, 10:27

Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında iştirak ediblər

Xəbər
Bu gün, 09:41

Binəqədinin bu ərazilərində qaz kəsiləcək

Xəbər
Dünən, 21:00

29 iyun-5 iyul tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
27 iyun 2026, 10:39

Səyavuş Aslanın anım günüdür

Xəbər
26 iyun 2026, 17:43

Allahşükür Paşazadə: Süni intellekt zəkalı olsa da, ruhu olmadığından ibadətdə insanı əvəz edə bilməz

Xəbər
26 iyun 2026, 17:30

"Məni illərlə təhqir edirdi" dedi, qonşusunun başına bel vurdu

Xəbər
26 iyun 2026, 14:54

Məhkəmə müğənni Elarizin kürəkəni ilə bağlı qərar verdi

Xəbər
26 iyun 2026, 14:11

Bakıda kişi arvadını "TikTok"dakı şərhinə görə DÖYDÜ

Xəbər
26 iyun 2026, 00:20

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Xəbər
26 iyun 2026, 00:01

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Xəbər
25 iyun 2026, 22:01

Prezidentin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib

Xəbər
25 iyun 2026, 17:57

Sürücülərə XƏBƏRDARLIQ: Sabah bu yollar bağlı olacaq

Xəbər
25 iyun 2026, 17:54

Nərimanov rayonunda yanğın – Xalq artisti görüntülər paylaşdı

Oxşar xəbərlər