Bakı metrosunda xüsusi məlumat köşkləri yaradılacaq. Bu haqda bu gün, 3 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
COP29 ilə əlaqədar metronun stansiyalarında 10 məlumat köşkü yaradılacaq. Əsas təmir və hazırlıq işlərinin 10 oktyabr tarixinə qədər başa çatdırılması və daha sonra COP29 dövründə müvafiq nəzarət mexanizmlərinin tətbiqi nəzərdə tutulub.
Bundan əlavə, “Koroğlu” stansiyasında əlil arabası istifadəçilərinin sərbəst hərəkətini təmin edəcək avtomatik platformaların (pandusların), eləcə də hazırda “Əlçatan metro” layihəsi çərçivəsində istismarda olan əlil arabalarının texniki daşıma dəstəyi qurğularının sayının optimal həddə çatdırılması məqsədilə eskalatorlarda istifadə və universal daşıma məqsədilə qurğuların alınması istiqamətində işlər aparılır.
Həmçinin metropolitenin rəsmi saytında ödəniş üsulları və digər bölmələrin ingilisdilli versiyasının təkmilləşdirilməsi və yeni bölmələrin yaradılması işləri aparılıb.