Ötən gün, 9 mart tarixində Bakı Metropoliteninin Bənövşəyi xəttində işıqların söndürülməsi barədə məlumat yayılıb. Məsələ ilə bağlı qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlanma verib.
"Bakı metropoliteninin Bənövşəyi xəttində qəza təlim-məşq oyunu keçirilir.
Tematik məşqin məqsədi elektrik enerjisinin verilməsinin tam məhdudlaşdırılması şəraitində Bənövşəyi xəttin stansiyaları və "Xocəsən" elektrik deposunda qatarların hərəkəti, eskalatorların, eləcə də digər mühəndis-texniki qurğu və avadanlıqların dizel-generatorlar vasitəsilə fəaliyyətinin yoxlanılmasıdır", - deyə o vurğulayıb.