Metronun “Koroğlu” stansiyasında ölüm hadisəsi baş verib. Bu haqda bu gün, 10 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Adıçəkilən stansiyanı tərk edən 45-50 yaşlarında kişi özünü pis hiss etdiyindən yuxarı vestibüldə əməkdaşa yaxınlaşıb. Dərhal təcili tibbi yardım xidməti çağırılıb. Ancaq kişi az sonra vəfat edib.
Faktla bağlı araşdırma aparılır.