Metronun “Nizami” stansiyasında sərnişinlər qatarda düşürülüb.
APA xəbər verir ki, buna səbəb texniki nasazlıq olub. Qatar "Nərimanov" elektrik deposuna göndərilib. Xəttə dərhal ehtiyat qatar buraxılıb.
Hadisə nəticəsində "Nizami-Dərnəgül" sahəsində 2 qatar arasında interval pozulmasına səbəb olub. Digər sahələrdə qatarlar arasında normal interval fərqi təmin edilib.