"Bakı Metropoliteni" QSC ventilyatorların iş rejimini payız mövsümünə uyğunlaşdırmağa başlayıb.
Bakuplus.az xəbər verir ki, səhmdar cəmiyyətin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bu il 6 yeni havalandırma sistemi quraşdırılıb və gələcəkdə də mərhələli işlər davam etdiriləcək. Köhnə ventilyatorlar 2-3 dəfə daha güclü olanlarla əvəzlənir, Bakının iqlimi, texnoloji yeniliklər və yeni qatarların kondisionerli olması nəzərə alınır.
Məmmədov əlavə edib ki, bütün yeni və köhnə ventilyatorlar işlək vəziyyətdədir.