Bakı metrosunda QR-biletlə ödənişə tam şərait yaradılıb. Bu haqda bu gün, 30 dekabr tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Metropolitenin bütün stansiyalarında sərnişinlərə QR-bilet sistemi ilə gediş haqqını ödəmək imkanı yaradılıb.
“Sərnişinlər QR ödəniş üsulundan mobil cihazlarına “BakıKart” mobil tətbiqini yükləməklə istifadə edə bilərlər”, – deyə qurumdan bildirilib.
Bununla bağlı metrodakı 350-dən artıq qurğuda yeni cihazlar quraşdırılıb.
Yeni ödəniş üsulu cari ilin sentyabr ayından tətbiq edilməyə başlayıb.