6 sentyabr tarixində axşam vaxtı Bakı metrosunda qatarların birində qan izləri aşkarlanıb. Bu səbəbdən qatarların hərəkətində gecikmə olub.
"Həzi Aslanov" stansiyasında vaqonların birində maşinist qan ləkələri aşkarlıyıb. Maşınist qatarı saxlayıb və xadiməni çağırıb. Qan ləkələri silinib təmizləndikdən sonra qatarın reysə buraxılmasına icazə verilib.
Qatarların hərəkətində intervaldan artıq iki dəqiqə gecikmə olub.