Bakı metropolitenində gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Bu haqda bu gün, 30 iyul tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində “Qarabağ” FK və Cəbəllütariqin “Linkoln” komandaları arasında keçiriləcək oyunla əlaqədar metronun “Gənclik” stansiyasının iş rejimində dəyişiklik ediləcək.
Bundan əlavə, “28 May” və “Nərimanov” stansiyalarında ehtiyat tədbirləri görüləcək. Sərnişin axınının intensivliyi nəzərə alınaraq, zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.
“Qarabağ” – “Linkoln” görüşü bu gün saat 20:00-da start götürəcək.