Metronun “Gənclik” və “Xalqlar dostluğu” stansiyaları futbol matçlarına görə gücləndirilmiş iş rejiminə keçəcək. Bu haqda bu gün, 9 avqust tarixində Bakuplus.az “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.
Sabah “Qarabağ” futbol klubunun oyunu saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. “Neftçi” futbol klubunun oyunu isə saat 21:00-da “Neftçi Arena”da baş tutacaq.
Gün ərzində qatarların hərəkəti nəzarətdə saxlanılacaq, lazım olan vaxt xəttə ehtiyat qatar çıxarılacaq.