Bakıda qanunsuz parklanmaya və taksi fəaliyyətinə qarşı reyd keçirilib. Bu haqda bu gün, 20 oktyabr tarixində Bakuplus.az AzTV-yə istinadən xəbər verir.
Nizami rayonu, metronun “Koroğlu” stansiyası ətrafında yoxlama aparılıb. Polis əməkdaşları tərəfindən ərazidə fərqlənmə nişanı olmadan taksi fəaliyyəti ilə məşğul olan şəxslər cərimələniblər, eləcə də qanunsuz park olunan avtomobillərin sahibləri məsuliyyətə cəlb olunublar.
Qurumdan paytaxt ərazisində bu kimi reydlərin davam edəcəyi bildirilir.