top
Mexiko, dəbdəbə, yaddan çıxmayan lülə kabab – “Mirvari” kafesinin tarixi
29 aprel 2025, 05:23
- ↺ +

Mexiko, dəbdəbə, yaddan çıxmayan lülə kabab – “Mirvari” kafesinin tarixi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı şəhərinin Dənizkənarı Milli Parkında yerləşən “Mirvari” kafesi, şəhərin simvollarından biri olmaqla yanaşı, həm də Bakının incisidir. Xəzər dənizinin sahilindəki bu gözəl kafe, yalnız öz arxitekturası ilə deyil, həm də unikal tarixi və atmosferi ilə də ziyarətçiləri cəlb edir.

“Los Manantiales” stilində “Mirvari”


“Mirvari” kafesinin tarixi 1962-ci ilə dayanır. Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilən bu kafe, orijinal dizaynı ilə xüsusilə diqqət çəkir. Ləmbəranskinin bu kafenin layihəsi üçün ilhamı Skandinaviya ölkələrində gəzən zaman aldığı ilə bağlı fərziyyələr var. Deyilənlərə görə, Əliş Ləmbəranski səyahəti çox sevirmiş və bütün gəzintilər zamanı fotoaparatla şəkillər çəkirmiş. Skandinaviya ölkələrinə səfəri zamanı 1958-ci ildə ispan memarı Feliks Kandela tərəfindən Mexikoda inşa edilmiş “Los Manantiales” restoranının fotosunu görür, şəklini çəkir. O restoran Bakı merinin o qədər çox xoşuna gəlir ki, eyni gözəl və müasir memarlıq üslubunu Bakıda həyata keçirmək qərarına gəlir. Və Bakıya yeni gözəllik verən, modern üslubda olan “Mirvari” kafesi Vadim Şulqinin rəhbərliyi altında tikilir. Kafenin tikintisində əsasən strukturun orijinallığına və yerli mənzərəyə uyğunluğa diqqət yetirilir. Onun interyerində isə böyük dalğa şəklində formalaşan dizayn, yerli müasir memarlıq stilini tamamlayır. Kafenin xarici görünüşü, mirvarinin qabığına bənzəyən dəmir-betondan tikilmiş strukturu ilə xüsusi bir hava yaradır. Bu konstruksiya Xəzər dənizinin sahilinə mükəmməl uyğunlaşır. Kafenin terrasından gözəl Bakı buxtası görünür.

Bakının dəbdəbəsinin simvolikası

“Mirvari” kafesi, açıldığı ilk illərdən etibarən şəhər sakinləri və turistlər arasında məşhur bir məkana çevrilir. Sovet dövründə bu kafe Bakının dəbdəbəli qərb hissəsini simvolizə edirdi. Burada vaxt keçirmək sadəcə yemək yemək deyil, həm də Bakının mədəniyyətini və sosial həyatını yaşamaq demək idi. 1960-cı illərdə bu məkan həm də cavanların bir araya gəldiyi, “Qaya” vokal-instrumental ansamblının çıxışları və hind kinosunun melodiyaları altında rəqs etdiyi bir yer idi. “Mirvari” kafesi, həm də dostlarla görüşmək və yeni təəssüratlar toplamaq üçün ideal bir məkan olmuşdu.

Köhnə bakılıların xatirəsində “Mirvari”

Köhnə bakılılar danışır ki, burda sevgililər, təzə nişanlanmış və ailə qurmuş cütlüklərin yeməyə gəlməsi də bir dəb halını almışdı. Sanki hər bir kişi sevdiyi qadına bir dəstə gül alıb bura gətirməyi özünə borc bilirdi. Bakı sakini Sürəyya Ağayevə danışır ki, o zamanlar həftə sonları teatra gedən cütlüklər də tamaşadan əvvəl Bulvara gəzməyə çıxar, sonra “Mirvari”də nahar edərmişlər: “Biz də rəhmətlik yoldaşımla gənc yaşlarımızda orada çox olmuşuq. Bir dəfə də “Hicran” tamaşasının premyerasına oradan çıxıb getmişdik. Bir də ora gələn hamı şəkil çəkdirirdi. O dövrdə çəkilən şəkillər ağ-qara olsa da, çox rəngli xatirələri özündə cəmləşdirir. Gözəl günlər idi”.
Bir başqa sakin – Ofeliya Quliyeva danışır ki, kafe tikiləndə Xəzərin suları onun ətəyini yuyurmuş. Yəni kafe dənizin lap sahilində olub. O zamanlar gənc oğlanlar özlərini qızlara göstərmək üçün kafenin başından suya tullanmağı özlərinə qürur bilirmişlər. Sonradan Xəzərin suyu çəkildikcə “Mirvari” də quruda qalıb.

Dəbli məkan, yaddan çıxmayan lülə kabab

“Mirvari” kafesi açılan gündən yerli sakinləri və turistləri özünə həmişə cəlb edib. Bura sanki həm də Bakının ən multikultural bir yeri idi. Yeni və fərqli interyerlə yanaşı, yeməklərinə də doyum olmayıb bu kafenin. Peşəkar aşpazın əlindən çıxan ən dadlı yeməkləri ilə məşhurlaşan bu məkanın lavaş arasında verilən lülə kababı isə dillər əzbəri olub. O qədər dadlı olub ki, üstündən yarım əsrdən çox vaxt keçməsinə baxmayaraq, hələ də müştərilərinin yaddaşındadır. Həmin o köhnə müştərilərin həm də yadındadır ki, kafenin böyük populyarlığına görə, burada masa tapmaq çox çətin olurdu.

Kafenin cazibəsi

Bakı bulvarında yerləşən “Mirvari” kafesi yalnız şəhərin ən gözəl mənzərələrini təqdim etmir, eyni zamanda, həm də bənzərsiz anlar yaşadır. Burada yemək yemək və ya bir içki içmək, sadəcə fiziki ehtiyacları ödəmək deyil, həm də bir mədəniyyət və tarix içində bir səyahətə çıxmaq deməkdir. Zərif mirvari forması, böyük dalğalar şəklində interyeri və əfsanəvi Xəzər dənizi mənzərəsi ilə “Mirvari”, heç şübhəsiz, Bakının ən prestijli və müasir məkanlarından biridir.

Xanım Aydın (baki-baku.az)

Son xəbərlər

Xəbər
Bu gün, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Bu gün, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Bu gün, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
Dünən, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
Dünən, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
Dünən, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
Dünən, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
Dünən, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
Dünən, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
Dünən, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
Dünən, 09:06

Bu gün hava necə olacaq?

Xəbər
30 oktyabr 2026, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
30 oktyabr 2026, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
30 oktyabr 2026, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
30 oktyabr 2026, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
30 oktyabr 2026, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Xəbər
30 oktyabr 2026, 16:28

Bakıda noyabr ayında hava necə olacaq? – PROQNOZ

Aktual Xəbərlər
30 oktyabr 2026, 15:46

"İnci" uşaq bağçasında azyaşlı uşağın döyüldüyü iddia olunur

Siyasət
30 oktyabr 2026, 14:27

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib

Xəbər
30 oktyabr 2026, 14:26

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

Xəbər
30 oktyabr 2026, 12:37

Öləcəyi günü əvvəlcədən bildi, efirlərə çıxışı qadağan olundu, oxuduğu mahnılara görə həbs edildi...

Xəbər
30 oktyabr 2026, 12:09

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib - FOTO

Xəbər
30 oktyabr 2026, 11:46

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Xəbər
30 oktyabr 2026, 10:18

"20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

Oxşar xəbərlər