Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məhv etdiyi tank Şuşa şəhərinin girişindən götürülüb. Bu haqda bu gün, 22 sentyabr tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən məlumat verir.
Bu tank Şusaya girməyə cəhd edən ilk tank olub. Albert Aqarunov erməni Qaqik Avşaryanın idarə etdiyi 442 nömrəli tankı ekipaj üzvləri ilə birlikdə məhv etmişdi. Zirehli maşın Birinci Qarabağ müharibəsindən sonra bərpa edilərək ermənilər tərəfindən qələbə simvolu kimi qoyulmuşdu.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/09/report.mp4"][/video]