Bakıda “Milli” statusu alan teatrın işçilərinin əməkhaqqıları artırılır. Bu haqda bu gün, 21 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına “Milli” statusunun verilməsi həmin teatrın adında və fəaliyyətində özünü göstərəcək. Belə ki, teatrın adı dəyişəcək və işçilərin əməkhaqqılarına 50% əlavə olunacaq.
Teatrlara “Milli” statusu onların milli mədəniyyətin təbliği sahəsində müstəsna xidmətlərinə görə, uzun illər səmərəli fəaliyyəti, ölkə daxilində və xaricdə əldə etdiyi nailiyyətləri, 10 illik proqnoz göstəriciləri və digər meyarlar nəzərə alınmaqla Mədəniyyət Nazirliyinin təqdimatı əsasında Nazirlər Kabineti tərəfindən verilir.