Bu gün Milli Xalça muzeyində “Muzeylərdə kolleksiyaların toplanması siyasətinin dəyişdirilməsi: liderlik və sosial məsuliyyət zərurəti” adlı konfransın açılış mərasimi keçirilib. Bu haqda APA 13 oktyabr tarixində xəbər verib.
Tədbir Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi, Muzey İdarəçiliyi və Etnoqrafiya Muzeyləri və Kolleksiyaları üzrə beynəlxalq komitələrinin birgə əməkdaşlığı ilə baş tutub.
Konfrans hibrid formatda keçirilib. Əyani olaraq Azərbaycan, Rusiya, Sloveniya, Xorvatiya, Almaniya, Rumıniya, Niderlanddan mütəxəssislər, o cümlədən beynəlxalq komitələrin sədrləri qatılıb.
Öz çıxışında Milli Xalça muzeyinin direktoru Şirin Məlikova konfransın keçirilmə məqsədi haqqında məlumat verib.
3 gün davam edəcək konfransda Mədəniyyət Nazirliyinin nümayəndəsi də iştirak edib.