Milli Xalça Muzeyinə yeni rəhbər təyin olunub. Bu haqda bu gün, 30 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Əməkdar mədəniyyət işçisi, sənətşünas Əminə Məlikova Azərbaycan Milli Xalça Muzeyinin yeni direktoru təyin olunub. Bununla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.
Ə.Məlikova Jurnalistika ixtisası üzrə bakalavr, İqtisadiyyat və menecment ixtisası üzrə magistr pillələrini bitirib. O, sənətşünaslıq üzrə fəlsəfə doktorudur.
1999-2009-cu illərdə Muzey Mərkəzinin Beynəlxalq əlaqələr və mədəni inkişaf şöbəsinin müdiri, 2009-2018-ci illərdə Azərbaycan Milli İncəsənət Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, direktor müavini vəzifələrində işləyib. 2018-ci ildə "İçərişəhər" Muzey Mərkəzinin direktoru təyin edilib.
Ə.Məlikova 2023-cü ildən son təyinatadək Heydər Əliyev Mərkəzinin Tədbirlərin və sərgilərin təşkili departamentinin direktoru vəzifəsində çalışıb.