“Miss Azerbaijan 2017” müsabiqəsinin qalibi model Razi Əliyevanın bu yaxınlarda toyu olacaq. Bu haqda məlumat bu gün, 27 noyabr tarixində sosial şəbəkələrdə yayılıb.
Olay.az saytından əldə olunan məlumata əsasən, model bir müddətdir eşq yaşadığı bəylə evlənir. Toyun dekabrda paytaxtda yerləşən dəbdəbəli restoranların birində baş tutacağı gözlənilir.
Bu məlumatı toy mərasiminə dəvət olunmuş qonaqlar da təsdiqləsələr də, modelin ərinin kim olacağı ilə bağlı təfərrüatlar hələlik açıqlanmayıb.
Cari ilin iyun ayında Razi (Raziyyat) Əliyevanın tanışı Ziya Hüseynzadə tərəfindən fiziki zorakılığa və digər qanunazid hərəkətlərə məruz qalması barədə məlumatlar yayılıb. Həmçinin Əliyevanın “Mercedes” markalı avtomobili yararsız vəziyyətə salınıb.
[caption id="attachment_121183" align="alignnone" width="768"]
Foto Bakuplus.az[/caption]