Rusiya Baş naziri Heydər Əliyevin məzarını ziyarət edib. Bu haqda bu gün, 6 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Mixail Mişustinin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.
Bundan əlavə, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər güllər düzülüb.
[caption id="attachment_131836" align="alignnone" width="640"]
Foto Report.az[/caption]