top
Əmlak eksperti: “Yaxın gələcəkdə çıxarışsız ev probleminin böyük hissəsi həllini tapacaq” – AÇIQLAMA + FOTO
02 oktyabr 2024, 07:00
- ↺ +

Əmlak eksperti: “Yaxın gələcəkdə çıxarışsız ev probleminin böyük hissəsi həllini tapacaq” – AÇIQLAMA + FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda çıxarışı olmayan fərdi evlərin sayı yüzminlərlədir və bu, bir sıra ciddi sosial və hüquqi problemlərə səbəb olur. Bu evlərin əsas problemlərindən biri, onların yaşayış məntəqələrində deyil, qeyri-yaşayış təyinatlı torpaqlarda tikilməsidir. Bu kimi amillər inşa olunan evlərin sənədləşmə prosesində problemə çevrilir.

Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 28-də imzaladığı fərmanla “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nı təsdiq edib.

Bəs görəsən, sənədsiz evlərin dövrü bitəcəkmi?

Mövzu ilə bağlı BakuPlus.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, Bakı və Abşeronda 500 minə yaxın çıxarış ala bilməyən fərdi həyət evləri və torpaq sahələri mövcuddur:

Əmlak eksperti: “Yaxın gələcəkdə çıxarışsız ev probleminin böyük hissəsi həllini tapacaq” – AÇIQLAMA + FOTO

“Hazırda ölkə ərazisində yüz minlərlə çıxarışı ala bilməyən fərdi həyət evləri və torpaq sahələri mövcuddur. Bu əmlakların çıxarışlarının olmamasının müxtəlif səbəbləri var. Həmin səbəblərdən biri də bu tip fərdi yaşayış evlərinin tikinti işlərinin yaşayış məntəqələri torpaqlarına deyil, digər təyinatlı torpaqlar üzərinə aparılmasıdır.

Digər təyinatlı torpaqlar daha çox kənd təsərrüfatına aiddir. Onlar əkin-biçin üçün nəzərdə tutulan torpaqlardır. Bunlar təxminən 90-cı illərə qədər öz təyinatı üçün istifadə olunsa da, SSRİ-nin dağılması, kolxoz və sovxozların ləğv olunması səbəbindən vətəndaşlara fərdi yaşayış yerlərinin tikintisi üçün ayrıldı.

Vətəndaşlara həmin ərazilərdə fərdi yaşayış yerlərinin tikintisi üçün icazələr verilsə də, tikinti işləri aparıldıqdan sonra həmin torpaqların təyinatları dəyişdirilib. Yaşayış məntəqələrinə, torpaqlarına çevrilməməsinin səbəbindən isə bu günə qədər o tipli əmlaklara çıxarışlar verilmir”.

E.Fərzəliyev qeyd edib ki, yeni qərara əsasən, artıq kənd təsərrüfatı və digər təyinatlı torpaqların təyinatlarının dəyişdirilməsi mümkün olacaq:

“Bu cür əmlaklara artıq gələcəkdə çıxarışların verilməsi gözlənilir. Bəzi ərazilər var ki, orada tikinti işlərinin aparılması qanunla qadağandır. Təhlükəli zonalardır. Qadağan olunmuş ərazilərdə, kommunikasiya xətləri ilə məsafələri qorunmadan inşa olunmuş fərdi yaşayış evlərinə çıxarışların verilməsi qanunla qadağandır. Əgər gələcəkdə həmin təhlükə aradan qalxarsa, kommunikasiya xətlərinin yerləri dəyişdirilərsə, o halda da o tip evlər çıxarışla təmin oluna bilər. Yaxın gələcəkdə çıxarışsız ev probleminin böyük hissəsi həllini tapacaq”.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Bu gün, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Oxşar xəbərlər