Müdafiə Nazirliyindən əldə olunan məlumata əsasən, mövqelərimiz intensiv atəşə tutulur. Bu haqda Bakuplus.az Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinə istinadən məlumat verir.
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutur.