top
MN-də milyonluq mənimsəmə: Pulların Almaniyadan gəldiyini dedilər
05 aprel 2025, 01:08
- ↺ +

MN-də milyonluq mənimsəmə: Pulların Almaniyadan gəldiyini dedilər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müdafiə Nazirliyinin (MN) tabeliyindəki hərbi hissədə mənimsəməyə görə tutulan sabiq maliyyə xidmət rəisi, kapitan Vahid Novruzlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Report.az-ın məlumatına görə Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Belə ki, şahid qismində ifadə verənlərdən biri də təqsirləndirilən şəxsin bacanağı Soltan Soltanlı olub.

O deyib ki, Vahid Novruzlu ondan bank rekzivitlərini istəyib:

“Vahid qardaşının Almaniyadan pul göndərəcəyini və hərbi qulluqçu olduğu üçün o qədər pulu kartına qəbul edə bilməyəcəyini dedi. Ona görə də bank rekzivitlərini ona göndərdim. Kartıma 3 min 150 manat pul köçdü. Pulu nağdlaşdıraraq Vahidə verdim”.

Prosesdə ifadə verən müttəhimin qaynı Nicat Vəlizadənin sözlərinə görə, Vahid Novruzlu onu hərbi hissənin hospitalında qazanxanaya mülki işçi kimi işə düzəldib:

“Qazanxanada mülki işçi kimi çalışırdım. Vahid bir gün mənə dedi ki, sənin kartına pul gələcək, onu nağdlaşdırıb mənə verərsən. Mən də hesabıma gələn 3 min 917 manat pulu nağdlaşdırıb ona verdim”.

Şahid Eşqin Həsənovun sözlərinə görə, Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissədə maliyyə xidmət rəisinin köməkçisi vəzifəsində işləyir.

"Vahid Novruzlu mənim bölmə rəisim olub. Sözügedən məsələdən xəbərim olmayıb. O, mənə qardaşının Almaniyadan pul göndərəcəyini bildirərək Şaiq Bayramovun kart məlumatlarını almağımı istədi. Mən də həmin hesabdan 2 min 633 manat pul çıxarıb Vahid Novruzluya verdim".

Şahid Füzuli Ələkbərli deyib ki, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsində mühasib vəzifəsində işləyir. Şahidin sözlərinə görə, tanışı Elşən Salamov zəng edərək onun kartına pul göndərildiyini deyib.

"Kartıma 3 min manat pul gəlmişdi. Mən də həmin pulu Elşənin kartına göndərdim. Bu pulun Vahid Novruzluya çatacağını bilmirdim", - şahid deyib.

Dövlət ittihamçısı şahidə bu pulların haradan gəlməsi ilə bağlı Elşən Salamovdan hər hansı bir məlumat alıb-almadığını soruşub. Şahid Füzuli Ələkbərli deyib ki, Elşən Salamov onun tanışı olduğu üçün bir neçə dəfə kartına pul gəlib və ondan bu pulların haradan gəldiyini soruşmayıb.

Daha sonra bir neçə şahidin məhkəməyə ünvanladığı müraciət elan olunub. Onlar prosesə gələ bilməyəcəklərini və ibtidai istintaqa verdikləri ifadələrini təsdiqlədiklərini bildiriblər.

Təqsirləndirilən şəxs sözügedən şahidlərin prosesə gəlməməsinə etiraz etməyib və onların ibtidai istintaqa verdiyi ifadələri ilə razı olduğunu deyib.

Hakim Fikrət Əliyev deyib ki, şahidlər məhkəməyə çağırılıbsa, onların prosesdə iştirakı zəruridir. Belə ki, həmin şahidlərin prosesə məcburi gətirilməsi ilə bağlı qərar qəbul olunub.

Məhkəmənin növbəti iclası aprelin 11-ə təyin olunub.

Qeyd edək ki, sabiq maliyyə xidmət rəisi barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsinin vəsatəti əsasında həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 313-cü (vəzifə saxtakarlığı), 333.4 (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, Vahid Novruzlu müxtəlif yolarla işlədiyi bir hərbi hissədən 848 min 338 manat mənimsəyib.

İttihamda qeyd olunub ki, Vahid Novruzlu işlədiyi digər hərbi hissədə hərbi xidmətdə olmayan şəxslərin plastik kartlarına vəsait köçürüb. O həmin hərbi hissədən də müxtəlif yollarla 381 min 755 manat mənimsəməkdə təqsirləndirilib.

Təqsirləndirilən şəxs Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə faktı ilə bağlı cinayət işindən ayrılmış epizod üzrə DTX-nin apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub.

Novruzlu Müdafiə Nazirliyini mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunları maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işləri üzrə məhkəmə prosesində şahid qismində ifadə verib.

Son xəbərlər

Xəbər
Bu gün, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Bu gün, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Bu gün, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Bu gün, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Bu gün, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Bu gün, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Bu gün, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Bu gün, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Bu gün, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Bu gün, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Bu gün, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Bu gün, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Bu gün, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
31 oktyabr 2026, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
31 oktyabr 2026, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
31 oktyabr 2026, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Oxşar xəbərlər